Astroloqların fikrincə, Yeni il gecəsində yalnız gözəl obraz seçmək kifayət deyil, həm də müəyyən rənglərdən qaçmaq vacibdir. 2026-cı ilin simvolu olan odlu at rənglərə qarşı həssasdır və uyğun olmayan seçim il başlayar-başlamaz yorğunluq, gərginlik və ya durğunluq hissi yarada bilər.
Lent.az xarici mediaya istinadla hansı rənglərin xoşagəlməz enerji daşıdığını izah edir.
Soyuq mavi və buz kimi açıq göyBu çalarlar xoşbəxtliyə mane ola və ilin əvvəlində emosional soyuqluq yarada bilər. Onlar 2026-cı ilin od enerjisini zəiflədir və insanın pozitiv hadisələr üçün “görünməz” olmasına səbəb olur. Soyuq mavi münasibətlərdə laqeydlik, sevinc gətirə biləcək mühüm anların isə solğunlaşması ilə əlaqələndirilir.
Buz kimi açıq göy isə uzaqlaşdırıcı enerji daşıyır və Yeni il gecəsində taleyin sizə gətirə biləcəyi hədiyyələrlə aranıza məsafə qoya bilər.
Təmiz ağAğ rəng bayram gecəsi gözəl görünsə də, astroloqlara görə, 31 dekabrda o, lazımlı enerjiləri “silib ata” bilər. Şərq ənənəsinə əsasən ağ rəng boşluqla assosiasiya olunur və bu, Yeni il gecəsində şansın azalması və emosional dəstəyin zəifləməsi ilə özünü göstərə bilər. Sevgidə ağ rəng uzaqlaşma, maliyyədə isə qeyri-müəyyənlik yaradır, sanki ələ almaq istədiyiniz şeylər əlinizdən çıxır.
Bütün solğun çalarlardakı bozBoz rəng ddlu atın gücünü zəiflədir və maliyyə axınlarını bloklaya bilər. O, yorğunluq, qeyri-müəyyən niyyətlər və ilham çatışmazlığı ilə əlaqələndirilir. Bu rəng ilin ilk günlərini ağır və zəif enerjili edə, mühüm prosesləri ləngidə bilər. Astroloqlar boz rəngi Yeni il gecəsi üçün ən riskli çalar adlandırırlar.
Bataqlıq rəngi, xaki və zeytun tonlarıYaşılın çirkli və tünd çalarları 2026-cı ildə məişət problemləri və anlaşılmazlıqları özünə çəkə bilər. Bu rənglər uğursuzluğu simvolizə etdiyindən, il ərzində xırda, lakin bezdirici çətinliklərə səbəb ola bilər. Maliyyədə bu tonlar gecikmələr və düşünülməmiş addımlar riskini artırır. Münasibətlərdə isə əsassız qısqanclıq və gərginlik yarada bilər.
Soyuq çəhrayıBu çalara sahib geyim yüngüllüyü azaldır və emosional dalğalanmalar gətirir. O, insanı daha həssas edir və yeni tanışlıqların qarşısını ala bilər. Münasibətlərdə soyuq çəhrayı qeyri-müəyyənlik və narahat anlar yarada bilər. Həmçinin ilin əvvəlində maliyyə enerjisinin zəifləməsinə təsir göstərir.
Təmiz “güzgüvari” parıltıya malik gümüşGümüş metalın soyuğu ilə assosiasiya edilir. Odlu At ilində bu rəng od enerjisinin birbaşa əksidir və şans, pul axınlarını zəiflədə bilər. Gümüş insanın həyatında sanki “pauza” effekti yaradır.Münasibətlərdə gümüş yanlış anlaşılma və səssiz konfliktlər riskini artırır, maliyyə məsələlərində isə qeyri-sabitlik və səhv qərarlar ilə nəticələnə bilər.
Yeni il dəb geyim Yeni ilə hansı rəngdə geyinmək olmaz?