IMG-LOGO

Rəşad Nəbiyev Silikon vadisində işləyən azərbaycanlılarla görüşüb

14 Dec 2025 17:32 79 baxış
IMG

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev San-Fransiskoda ABŞ-nin Silikon vadisində yaşayan startap icmasının üzvləri və texnoloji şirkətlərdə çalışan azərbaycanlılarla görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, görüş zamanı startapçıların ölkəmizdə rəqəmsal sahənin inkişafına verə biləcəyi töhfələr, həmçinin Azərbaycan tərəfindən onlar üçün mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparılıb.

Mənbə: report.az

Xəbər lenti