IMG-LOGO

Ukrayna Prezidenti cümə günü Polşaya səfər edəcək

14 Dec 2025 16:11 58 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 19-da Polşaya səfər etməyi planlaşdırır.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, Zelenski bu barədə jurnalistlərə açıqlama verib.

"Mənim Polşaya səfərimə gəldikdə, Polşa tərəfi bizə cümə gününü təklif etdi. Düşünürəm ki, heç nəyi təxirə salmayacağıq. Polşa ilə münasibətlərimizi dəstəkləmək bizim üçün çox vacibdir", - o deyib.

Mənbə: report.az

Xəbər lenti