IMG-LOGO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib - YENİLƏNİB

14.12.2025 21:04 6 baxış
IMG

Milli Hidrometeorologiya Xidməti dekabrın 15-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Neftçala, Salyan, Hacıqabul, Qobustanda şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

16:54

Bakıda və Abşeron yarımadasında dekabrın 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gündüz yarımadanın bəzi yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Xəbər lenti