Kiyev Vaşinqtondan sülh planı ilə bağlı son təkliflərə rəsmi cavab almayıb.
"Report" "RBK-Ukraina"ya istnadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, danışıqlar komandası vasitəsilə müəyyən siqnallar çatdırılır.
"Xeyr, mən hələ Amerika Birləşmiş Ştatlarından cavab almadım. Bir neçə mesajı danışıqlar komandam vasitəsilə eşitdim. Amma mən bütün siqnalları qəbul edirəm və artıq bu gün başlayacaq dialoqa hazır olacağam", – Zelenski vurğulayıb.
O əlavə edib ki, Berlində siyasi dialoq baxımından gərgin gün gözlənilir:
"Bu gün bizim Berlində Ukrayna-Amerika günümüzdür. Şübhəsiz ki, Almaniya Kansleri (Fridrix Merts - red) ilə də ayrıca görüşəcəyəm və yəqin ki, axşam başqa Avropa liderləri ilə də danışıqlar baş tutacaq", – Zelenski əlavə edib.
O, Kiyevin tərəfdaşlarla dialoqu davam etdirməyə və sülhün əldə olunması istiqamətində növbəti addımları müzakirə etməyə hazır olduğunu da vurğulayıb.