HƏMAS-ın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli zabiti Qəzanın mərkəzində silahlı şəxslər tərəfindən öldürülüb.
"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə hərəkatın nəzarətində olan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, polkovnik-leytenant Əhməd Zəmzəm səhər saatlarında Maqazi qaçqın düşərgəsində güllələnib. Şübhəlilərdən biri saxlanılıb, lakin onun kimliyi açıqlanmır.
Hadisə ilə bağlı istintaq davam edir.