IMG-LOGO

ABŞ Rod-Aylenddəki atışmanın beynəlxalq terrorizmlə əlaqəsi olub-olmadığından əmin deyil

14 Dec 2025 08:18 51 baxış
IMG

Amerika hüquq-mühafizə orqanları Braun Universitetində baş verən atışmanın beynəlxalq terrorizmlə bağlı olub-olmadığını hələlik dəqiq deyə bilmir.

"Report"un xəbərinə görə, bu barədə şəhər polis rəisinin müavini Timoti Ohara mətbuat konfransında bildirib.

O, müxbirin sualına cavabında "Bilmirik" deyib.

Ohara qeyd edib ki, atışmada şübhəli bilinən şəxsin video yazısı olsa da, onun üzü görünmür: "Onun kimliyi hələ müəyyən edilməyib. Səlahiyyətlilər onun 30-39 yaşlarında bir kişi olduğunu düşünürlər".

Son məlumatlara görə, atışma nəticəsində 2 nəfər ölüb, 9 nəfər yaralanıb.

Mənbə: report.az

Xəbər lenti