IMG-LOGO

Federal Təhqiqat Bürosu universitetdə iki nəfəri öldürən şəxsi axtarır

14.12.2025 09:11 6 baxış
IMG

ABŞ-də hüquq-mühafizə orqanları Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetinin kampusunda atəş açan şəxsin axtarışlarını davam etdirir.

"Report"un məlumatına görə, bu barədə şəhər meri Brett Smayli məlumat verib.

O, mətbuat konfransında deyib: "Atəş açan şəxs hazırda tutulmayıb".

Onun sözlərinə görə, yerli polis və Federal Təhqiqat Bürosu (FTB) atəş açan və ya atəş açanların kimliyini müəyyən etmək üçün yaxından işləyir.

Xəbər lenti