Avropa üçün Pax Americana ("Amerika sülhü") dövrü başa çatıb.
"Report"un məlumatına görə, bunu Almaniya kansleri Fridrix Merts Xristian Sosial Birliyinin qurultayında çıxışı zamanı deyib.
O, Almaniya iqtisadiyyatından danışaraq, onun on ildən artıqdır ki, dünyanın aparıcı iqtisadiyyatlarından geri qaldığını bildirib.
"Pax Americana"nın onillikləri bizim üçün başa çatıb. Nostalji kömək etməyəcək. Bu bir faktdır!".
O qeyd edib ki, ABŞ indi öz maraqlarını çox israrla müdafiə edir: "Buna görə də biz indi özümüzü də müdafiə etməliyik"
Bundan başqa, o, Avropanın ABŞ-la münasibətlərdə əsaslı dəyişikliklərə, eləcə də "Rusiya tərəfindən artan təhdidlərə" hazırlaşmalı olduğu fikrini ifadə edib.