IMG-LOGO

Almaniyada Milad bazarına hücum planlaşdıran beş nəfər saxlanılıb

14.12.2025 06:12 2 baxış
IMG

Almaniya polisi ölkənin cənubundakı Dinqolfinq (Bavariya) yaxınlığındakı Milad bazarında hücum planlaşdırmaqda şübhəli bilinən 5 nəfəri həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Qəzetin məlumatına görə, həbs cümə günü baş tutub. Şübhəlilərin üçü mərakeşli, biri misirli və digəri isə suriyalıdır.

Onlar Milad bazarındakı insanlara avtomobillə hücum etməyi planlaşdırıblar. İmam olan misirli üç mərakeşlini hücumu həyata keçirməyə çağırıb.

Xəbər lenti