IMG-LOGO

Azərbaycan Türkiyədən mebel idxalına çəkdiyi xərci 9 %-ə yaxın azaldıb

13.12.2025 20:45 2 baxış
IMG

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 126,667 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 8,8 % azdır.

Təkcə noyabrda isə Türkiyə Azərbaycana 11,212 milyon ABŞ dolları dəyərində mebel, kağız və meşə məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 9,9 % çoxdur.

Türkiyənin mebel, kağız və meşə məhsulları ixracının ümumi dəyəri 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə 1 % artaraq 7,353 milyard ABŞ dollarına, noyabrda isə 0,4 % artaraq 672 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı İraq 1,083 milyard ABŞ dolları (1 il əvvələ nisbətən 6,1 % çox), Böyük Britaniya 405,61 milyon ABŞ dolları (-0,1 %) və ABŞ 360,403 milyon ABŞ dolları (+2 %) həyata keçirib.

Xəbər lenti