IMG-LOGO

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Naxçıvana səfər edib

13.12.2025 20:49 3 baxış
IMG

Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi Lord Olderdays Naxçıvana səfər edib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşdə ölkə arasında strateji tərəfdaşlıq, dostluq və etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyi, Böyük Britaniya şirkətlərinin Azərbaycanda uzunmüddətli və faydalı fəaliyyəti xüsusi vurğulanıb.

Həmçinin Azərbaycanla Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunaraq işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinə Böyük Britaniya şirkətlərinin mühüm töhfə verdiyi qeyd edilib.

Naxçıvan Muxtar Respublikasının bərpaolunan enerji imkanları və Orta Dəhliz üzrə kommunikasiyaların qurulmasında mühüm strateji bölgə kimi önəminə diqqət çəkilib, qeyd olunan istiqamətlərdə, eləcə də Naxçıvan şəhərinin baş planının icrasında əməkdaşlığın perspektivləri və digər maraq doğuran məsələlər müzakirə olunub.

Xəbər lenti