IMG-LOGO

Erməni Apostol Kilsəsinin daha bir rəhbər şəxsinin həbs müddəti iki ay uzadılıb

13.12.2025 20:01 3 baxış
IMG

İrəvanın birinci instansiya məhkəməsi Erməni Apostol Kilsəsinin Araqasotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyanın həbs müddətini daha iki ay uzadıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili bildirib.

"Bu qərarı dekabrın 13-ü hakim Karen Farxoyan verib. Müdafiə tərəfi hələ məhkəmə qərarını almayıb, aldıqdan sonra isə apellyasiya şikayəti verəcək", - deyə vəkil bildirib.

Xatırladaq ki, oktyabrın 15-də biri Araqaçotn yeparxiyasının rəhbəri yepiskop Mkrtıç Proşyan olmaqla ümumilikdə 13 din xadimi və digər şəxsləri saxlanılıb. Yepiskop M.Proşyan oktyabrın 16-da guya din xadimlərini müxalifətin mitinqlərində iştirak etməyə məcbur etməkdə ittiham olunaraq 2 ay müddətinə həbs edilib.

Xəbər lenti