IMG-LOGO

Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb

13.12.2025 16:38 3 baxış
IMG

Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb.

Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Şirvan Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatdan təxminən bir həftə sonra ürəyi dayanan şəxs 45 dəqiqəlik mübarizədən sonra yenidən həyata qayıtarılıb:

"Tibb müəssisəsinə 19.11.2025-ci il tarixində hospitalizasiya olunan 1988-ci il təvəllüdlü qadın xroniki kalkulyoz xolesistit, xoledoxolitiaz, mexaniki sarılıq diaqnozları təyin olunub və zəruri tibbi müayinələrdən keçib.

Daha sonra pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub və müvafiq şöbədə müalicəsi davam etdirilib.

Ancaq noyabrın 25-də, saat 13:50 radələrində palatada 37 yaşlı pasiyentin vəziyyəti qəfil pisləşib və onda kəskin ağciyər çatışmazlığı fonunda kardiyak arrest baş verib.

Dərhal tibbi müdaxilələrə başlayan həkim son anadək mübarizə aparıb və nəticədə onun həyatını xilas edə bilib. Daha sonra pasiyentə Reanimasiya şöbəsində respirator və hemodinamik dəstək davam etdirilib".

Qeyd edilib ki, bir müddət nəzarətdə saxlanılan pasiyentin vəziyyətində mərhələli klinik yaxşılaşma müşahidə olunub, həyati təhlükə riski aradan qaldırılıb və ümumi vəziyyəti stabil qiymətləndirilib:

"Altı uşaq anası olan pasiyent artıq ambulator müalicə üçün evə buraxılıb".

Xəbər lenti