IMG-LOGO

Ermənistanda hərbçinin intihar etməsi ilə bağlı cinayət işi açılıb

13.12.2025 16:38 2 baxış
IMG

Ermənistanda hərbçinin intihar etməsi ilə bağlı cinayət işi açılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin mətbuat katibi Kima Avdalyan sosial şəbəkə hesabında məlumat verib.

İlkin məlumatlara görə, Smbat Kirakosyan silahdan başına atəş açıb. Hərbçinin meyidi dekabrın 12-də saat 16:00 radələrində Müdafiə Nazirliyinin hərbi hissələrinin birində aşkar edilib.

Xəbər lenti