IMG-LOGO

Rusiyada yol qəzası baş verib, ölən və yaralananlar var

13.12.2025 15:58 3 baxış
IMG

Rusiyanın Orenburq vilayətində baş vermiş yol qəzasında 18 yaşlı yeniyetmə həlak olub, beş nəfər isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə bölgənin DİN-in mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, "Lada Kalina"nın sürücüsü digər avtomobilin hərəkət etməsinə maneçilik yaradıb.

Qeyd olunub ki, xəsarət alanlar xəstəxanaya çatdırılıb. Polis əməkdaşları qəzanın baş vermə hallarını müəyyən etmək üçün araşdırma aparırlar.

Xəbər lenti