IMG-LOGO

“Apple” istifadəçilərə 30 dollarlıq “iPhone” hədiyyə edəcək

27.12.2023 09:56 80 baxış
IMG

“Apple” şirkəti istifadəçilərinə reklamlara görə kompensasiya ödəyəcək. 

Lent.az “Popular Science”a istinadən xəbər verir ki, “Apple” brend reklamdan zərər çəkmiş istifadəçilərə təzminat ödəməyə razılaşıb. 

Bildirilir ki, “Apple” Ailə Paylaşımı reklamı ilə bağlı hüquqi mübahisəni həll edib. Müqavilə çərçivəsində şirkət təsirə məruz qalan istifadəçilərə 30 dollar və ya 50 dollar dəyərində olan telefon hədiyyə edəcək. 

Əslində bu iddia 2019-cu ildə qaldırılıb. Orada istifadəçilər “Apple”ın Ailə Paylaşımı reklamı ilə onları aldatdığını iddia ediblər. Bu funksiya istifadəçilərə “Apple” və digər şirkətlərin xidmətlərinə abunəliklərini yaxınları arasında paylaşmağa imkan verir. Bununla belə, bütün üçüncü tərəf xidmətləri abunəliklərinin bu şəkildə bölünməsinə icazə verməyib, şirkət bunu reklam materiallarında qeyd etməyib.

Nəticədə şirkət tam olaraq günahını etiraf etməsə də, təzminat ödəməyə razılaşıb. Məlumata görə, 21 iyun 2015-ci ildən 2019-cu il yanvarın 30-dək “Family Sharing” funksiyasından istifadə etmiş “Apple” sahibləri ödəniş tələb edə bilərlər. Kompensasiya üçün ərizə 1 mart 2024-cü il tarixinədək təqdim edilməlidir.  

Xəbər lenti