IMG-LOGO

“Kristal Abşeron-2”dən yanğın, 2 nəfər xəsarət aldı

13.12.2025 05:02 4 baxış
IMG
0 0

Abşeron rayonu, Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın “Kristal Abşeron-2” yaşayış kompleksində, çoxmərtəbəli binanın 10-cu mərtəbəsində olub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri, polis və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Yanğın qısa zamanda söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

https://t.me/apa_az/110330

 

yanğın

Xəbər lenti