IMG-LOGO

Marneulidə Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

13.12.2025 02:11 5 baxış
IMG

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Ümumilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, milli kimliyin qorunması və xalqın inkişafı naminə gördüyü tarixi xidmətlərdən bəhs olunub.

Bildirilib ki, Gürcüstandakı azərbaycanlı gənclərin savadlı, vətənpərvər və cəmiyyətə faydalı fərdlər kimi yetişməsi də Heydər Əliyev ideyalarının mühüm tərkib hissəsi idi.

Tədbir çərçivəsində Ümummilli Liderin həyat yolu, siyasi fəaliyyəti və Azərbaycanın inkişafı üçün gördüyü böyük işləri əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.

Xəbər lenti