PSJ-nin fransız hücumçusu Kilian Mbappe Fransa klubunda müqaviləsinə əsasən qazanmalı olduğu 80 milyon avrodan imtina edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu qərarın təşəbbüskarı futbolçunun özü olub. O, yəqin ki, öz hərəkətləri ilə pulu birinci yerə qoymadığını göstərmək istəyib.
2022-ci ilin mayında media Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığını yazmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqaviləni təsdiqlədiyini bildirib. Nəticədə İspaniya klubuna transfer heç vaxt baş tutmayıb.
Bu mövsüm Mbappe Liqa 1-də 11 matçda iştirak edib və 13 dəfə fərqlənməyi bacarıb. Oktyabrın sonunda Mbappe “Qızıl top” səsverməsində müvafiq olaraq Erlinq Haaland və Lionel Messidən sonra üçüncü olub.