IMG-LOGO

İspaniya La Liqasının ən bahalı futbolçuları müəyyənləşib

12.12.2025 21:09 4 baxış
IMG

"Real"ın hücumçusu Kilian Mbappe və "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal İspaniya La Liqasının ən bahalı futbolçuları olublar.

"Report"un "Transfermarkt" onlayn portalına istinadən məlumatına görə, fransalı və ispaniyalı oyunçunun bazar dəyəri 200 milyon avroya bərabərdir.

Onları 160 milyon avro dəyəri olan Madrid klubunun və İngiltərə millisinin futbolçusu Cud Bellinqem izləyir.

Qeyd edək ki, hazırda La Liqanın turnir cədvəlinə 16 oyundan 40 xalla "Barselona" başçılıq edir. "Real" 36 xalla ikincidir.

Xəbər lenti