İspaniya təmsilçisi "Barselona" mərkəz müdafiəçisi Erik Qarsiyanın müqaviləsinin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçunun yeni sözləşməsi 2031-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Erik Qarsiya "Barselona" akademiyasının yetirməsidir. O, cari mövsüm komandasının heyətində 22 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.