Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) kollektivi müasir Azərbaycanın qurucusu və memarı Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri xiyabanı ziyarət edib.
Nazirlikdən "Report"a verilən məlumata görə, Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi böyük ehtiramla anılıb.
Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.




