IMG-LOGO

Həsənriz kəndinə daha 16 ailə köçürülüb, açarlar təqdim edilib – YENİLƏNİB-2

12.12.2025 20:15 3 baxış
IMG

Ağdərə rayonunun Həsənriz kəndinə köçürülən sakinlərə evlərin açarları təqdim olunub.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə Həsənrizə 16 ailə (74 nəfər) köçürülüb.

Qeyd edək ki, bununla kəndə qayıdan ailələrin ümumi sayı 161-ə (1009 nəfər) çatıb.

16:07

Növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

"Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər veri ki, bu mərhələdə Həsənriz kəndinə 16 ailə (74 nəfər) köçürülüb.

13:21

Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb.

"Report"un Qarabağ bürosu xəbər verir ki, kəndə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 16 ailə (74 nəfər) köçürülür.

Qeyd edək ki, bununla Həsənrizə qayıdan ailələrin sayı 161-ə (1009 nəfər) çatacaq.

Xəbər lenti