IMG-LOGO

Premyer Liqada ötən ayın ən yaxşı futbolçusu bəlli olub

12.12.2025 20:44 3 baxış
IMG

İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Bu ada "Brentford"un futbolçusu İqor Tiaqo layiq görülüb.

Braziliyalı hücumçu ötən ay 4 matçda 5 qol vurub.

Qeyd edək ki, o, səsvermədə Harvi Barns ("Nyukasl"), Kirnan Dyusberi-Holl ("Everton"), Ceremi Doku ("Mançester Siti"), Brunu Fernandeş ("Mançester Yunayted"), Morqan Qibbs-Uayt ("Nottinqem Forest"), Ris Ceyms ("Çelsi") və Deklan Raysı ("Arsenal") geridə qoyub.

Xəbər lenti