Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 46 milyard 451,3 milyon kubmetr təbii qaz hasil edilib.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 35 milyard 507,8 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 0,9 %, əmtəəlik qaz hasilatı isə 1,1 % artıb.
Ötən 11 ay ərzində Azərbaycanda 25 milyon 325,5 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 25 milyon 266,2 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı və əmtəəlik neftin həcmləri 2024-cü ilin 11 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 4,7 % azdır.