IMG-LOGO

Qazaxıstanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib

12.12.2025 17:32 5 baxış
IMG

Azərbaycanın Qazaxıstandakı səfirliyində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, əvvəlcə Ulu Öndərin səfirliyin binasında ucaldılan büstünə gül dəstələri düzülüb, daha sonra tədbir başlayıb.

Görkəmli dövlət xadiminin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov tədbirdə çıxış edərək Heydər Əliyevin mürəkkəb siyasi və sosial-iqtisadi böhran dövründə, eləcə də silahlı münaqişə şəraitində Azərbaycanın sabitliyinin və dövlətçiliyinin bərpasındakı rolunu qeyd edib.

O vurğulayıb ki, Heydər Əliyevin strateji məqsədi ölkənin işğal olunmuş ərazilərinin azad edilməsi olub: "Məhz onun qoyduğu siyasi kurs müasir Azərbaycan dövlətinin formalaşmasının və sonrakı uğurlarının, o cümlədən ölkənin ərazi bütövlüyünün bərpasının əsası olub".

Xəbər lenti