IMG-LOGO

Putin və Pezeşkian Rusiya-İran əlaqələrinin inkişafını müzakirə ediblər

12.12.2025 17:38 4 baxış
IMG

Rusiya və İran prezidentləri Vladimir Putin və Məsud Pezeşkian ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

"Report"un Rusiya KİV-lərinə istinadən məlumatına görə, görüş Türkmənistanın neytrallığının 30-illiyinə həsr edilən "Beynəlxalq Sülh və Təhlükəsizlik" forumu çərçivəsində keçirilib.

V.Putin iki ölkə arasında əlaqələrin müsbət inkişaf etdiyini, Moskva və Tehranın atom elektrik stansiyasının tikintisi, "Şimal-Cənub" nəqliyyat marşrutu kimi layihələr çərçivəsində əməkdaşlıq etdiyini qeyd edib.

Bundan əlavə, qaz və elektrik enerjisi tədarükü sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Xəbər lenti