IMG-LOGO

İran Rusiya ilə strateji tərəfdaşlıq müqaviləsinin həyata keçirilməsinə hazırdır

12.12.2025 17:44 4 baxış
IMG

İran Rusiya ilə hərtərəfli strateji tərəfdaşlıq müqaviləsinin həyata keçirilməsinə hazırdır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Aşqabadda Türkmənistanın neytrallığının 30 illiyinə həsr olunmuş Sülh və Etimad Forumu çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı bildirib.

"Hərtərəfli strateji müqavilə üzrə bütün razılaşmaları həyata keçirməyə hazırıq", - o qeyd edib.

Xəbər lenti