IMG-LOGO

Lökbatandakı yanğında zəhərlənən daha bir nəfər öldü

12 Dec 2025 12:20 24 baxış
IMG
0 0

Bakının Lökbatan qəsəbəsindəki yanğında tüstüdən zəhərlənən daha bir nəfər ölüb.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində zəhərlənmə diaqnozu ilə xəstəxanada müalicə alan Təbərrük İsmayılova dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 5-də Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu-Park" yaşayış kompleksində baş verib. Hadisə nəticəsində ana və 2 övladı, həmçinin onların qonşusu olan yaşlı kişi həlak olublar.

Lökbatan yanğın

Xəbər lenti