IMG-LOGO

Azərbaycan və ABŞ enerji sahəsində əməkdaşlığı müzakirə edib

12 Dec 2025 11:40 85 baxış
IMG

Azərbaycan və ABŞ yeni layihələr kontekstində iki ölkə arasında enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparıb.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında bildirib.

Müzakirələr P.Şahbazovun ABŞ-yə səfəri çərçivəsində Nümayəndələr Palatasının Enerji üzrə Alt Komitəsinin sədr müavini Maykl Klaud ilə görüşdə olub.

"Azərbaycanın regional əhəmiyyətli təşəbbüsləri və yeni layihələri kontekstində iki ölkə arasında enerji əməkdaşlığının inkişafına dair müzakirələr apardıq", - deyə nazir qeyd edib.

Mənbə: report.az

Xəbər lenti