IMG-LOGO

Kasıb ailələrin körpələrini satan dəstə TUTULDU

12 Dec 2025 10:57 20 baxış
IMG
0 0

Qazaxıstanda hüquq-mühafizə orqanları yeni doğulmuş körpələrin alverində şübhəli bilinən cinayətkar qrupun fəaliyyətinin qarşısını alıblar. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, nazirliyin məlumatına görə, sxemin təşkilatçıları Almatıda müəyyən edilib. İddialara əsasən, onlar gənc qadınların ağır həyat şəraitindən istifadə edərək, uşaqlarını üçüncü şəxslərə pul qarşılığında verməyə razı salıblar.

DİN-də bildirilib ki, qrupun bütün üzvləri saxlanılıb. Araşdırma çərçivəsində 20-dən çox cinayət işi açılıb. Şübhəliləri əmlakın müsadirəsi ilə birlikdə 18 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.

Körpə satanlar cinayətkar qrup Qazaxıstan

Xəbər lenti