Bakıda 44 yaşlı kişi qətlə yetirilib.
"Report" xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1981-ci il təvəllüdlü İftixar Vəlizadəyə kəsici alətlə xəsarət yetirilib və o aldığı yaralardan ölüb.
Şübhəli qismində mərhumun oğlu - 2006-cı il təvəllüdlü Ayxan Vəlizadə saxlanılıb.
Araşdırma aparılır.