IMG-LOGO

İrlandiya parlamentinin spikeri ilə Azərbaycanın sülh gündəmi müzakirə olunub

12.12.2025 01:18 2 baxış
IMG

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Dublində İrlandiya parlamentinin spikeri Verona Mörfi ilə görüşüb.

Bu barədə "Report"a səfirlikdən məlumat verilib.

Bildirilib ki, görüş zamanı V. Mörfi Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova ilə keçirilmiş görüşlərini xoş sözlərlə xatırlayıb.

Görüş zamanı Azərbaycan ilə İrlandiya arasındakı münasibətlər, İrlandiya parlamentində təsis edilmiş Azərbaycan ilə Dostluq Qrupunun gələcək fəaliyyəti, Azərbaycanın sülh gündəmi və regionda normallaşma prosesi, ikitərəfli parlamentlərarası əlaqələr və qarşılıqlı səfərlərin perspektivləri müzakirə olunub.

Sonra İrlandiya parlamentinin Xarici əlaqələr və ticarət komitəsinin sədri Con Lahart və komitə üzvləri ilə görüş keçirilib.

Xəbər lenti