Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri başlayıb.
"Report" xəbər verir ki, onun təyyarəsi Aşqabad Beynəlxalq Hava Limanına eniş edib.
Burada Türkiyə Prezidentinin rəsmi qarşılanma mərasimi baş tutub.
Ərdoğanı Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini Məmmədxan Çakıyev və Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok qarşılayıb.
Qeyd edək ki, Ərdoğanı xanımı Əminə Ərdoğan, xarici işlər naziri, enerji və təbii ehtiyatlar naziri, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə müşaviri və Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri müşayiət edir.