IMG-LOGO

Maka Boçorişvili: Azərbaycan Gürcüstan üçün mühüm tərəfdaşdır

12.12.2025 00:35 2 baxış
IMG

Azərbaycan Gürcüstan üçün mühüm tərəfdaşdır və yaxın əlaqələr yüksək səviyyəli davamlı siyasi dialoq tələb edir.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkmənistanda jurnalistlərə açıqlamasında deyib.

Nazirin sözlərinə görə, ölkələr arasında siyasi və iqtisadi münasibətlərin ən yüksək səviyyədə müzakirəsi vacibdir.

Qeyd edək ki, bu gün Aşqabadda Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədovla İrakli Kobaxidze arasında görüş baş tutub. Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, neft-qaz, yaşıl enerji, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın gündəliyində duran aktual məsələlərə xüsusi diqqət yetirilib.

Xəbər lenti