Android əməliyyat sisteminin köhnəlmiş versiyaları ilə işləyən qurğular bütün dünyada geniş yayılmasına görə digər qadcetlərlə müqayisədə hakerləri daha çox maraqlandırır.
Lent.az xəbər verir ki, bu barədə Rusiyanın “Kasperski Laboratoriyası” tədqiqat mərkəzinin rəhbəri Dmitri Qalov müsahibəsində bildirib.
O qeyd edib ki, 2009-2023-cü illərdə istifadəçilərin sayına aid statistika göstərir ki, Android 2012-ci ildə populyarlıq baxımından iOS-u ötüb və indiyədək liderliyini qoruyub saxlayaraq, 2018-ci ildə maksimum istifadəçi bazasına çatıb. Bu, potensial qurbanların sayının xeyli çox olması səbəbindən Android əməliyyat sistemini təcavüzkarlar üçün daha cəlbedici edir.
Mütəxəssis bildirib ki, bazarda “Android”in köhnəlmiş versiyaları ilə istehsal olunan büdcə cihazlarına tələbat onların texniki təchizatının aşağı olması ilə bağlıdır. Bu, dünyada çoxlu sayda istifadəçinin əməliyyat sisteminin bu cür köhnəlmiş versiyaları olan cihazlardan istifadə etməsi ilə nəticələnir. Bu isə ən son təhlükəsizlik yeniləmələrinin olmaması səbəbindən onları həssas edir.
O, həmçinin qeyd edib ki, hakerlərin iOS deyil, Android cihazları ilə maraqlanmasının digər səbəbi sonuncuların əməliyyat sisteminin ən son versiyalarına daha tez yenilənməsi, yeni funksiyalar və təhlükəsizlik yamaları əldə etməsidir. Ekspert əlavə edib ki, “Apple” öz cihazlarını “Android” qurğusu istehsalçılarından daha uzun müddət dəstəklədiyinə görə xeyli sayda istifadəçi hələ də “Android”in köhnəlmiş versiyalarından istifadə edir ki, bu da qadcet sahiblərinə daha uzun müddət ərzində əməliyyat sistemi yeniləmələrini almağa imkan verir.
Qalov onu da qeyd edib ki, mobil əməliyyat sistemləri üçün antivirus proqram təminatının tərtibatçıları yalnız Androidin ən yeni versiyalarını qorumaqla məhdudlaşmır, həm də köhnə versiyalarla işləyən cihazların təhlükəsizliyini təmin edirlər.