IMG-LOGO

Sağlam yaşlanma üçün ən azı 7 saat yatmalısınız

11.11.2024 02:42 59 baxış
IMG

Alimlər yeni araşdırmaları ilə sağlam qocalmaq üçün gündə ən az 7 saat yatmaq lazım olduğunu müəyyən ediblər.

Lent.az xəbər verir ki, alimlər insanların sağlam qocalması üçün gündə neçə saat yatması lazım olduğunu müəyyən ediblər.

Araşdırma üçün 2011, 2013 və 2015-ci illərdə 45 və daha yuxarı yaşda olan təxminən 3500 insanın yuxu vərdişləri qeydə alınıb.

Bu tədqiqatda iştirak edən insanlar beş il sonra sağlamlıq müayinəsindən keçdilər və məlumatlar Çinin Wenzhou Tibb Universitetinin komandası tərəfindən təhlil edilib.

Tədqiqat göstərib ki, gecə ən az yeddi saat yatan insanlar sonrakı həyatlarında daha sağlam olurlar.

İştirakçılar dörd il ərzində yuxu vərdişlərinə görə qiymətləndirilib: uzun (8-9 saat nizamlı yuxu), normal (7-8 saat müntəzəm yuxu), az (orta hesabla 8-dən 8-dən aşağı), artan (orta hesabla 6), (orta hesabla 6-dan 8-ə qədər) və qısamüddətli (müntəzəm olaraq 5-6 saat) olmaqla beş qrupa bölünüblər.

Nəticələr araşdırıldıqda gündə ən az 7 saat yatanların daha sağlam olduğu müəyyən edilib.

Xəbər lenti