IMG-LOGO

Bakıda itini xilas etmək istəyən yeniyetmə özü quyuya düşdü -VİDEO

15.11.2024 21:34 49 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində 1 nəfərin su quyusuna düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az  nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 16 yaşlı İsmayılov Vaqif Emin oğlu fərdi yaşayış evinin həyətyanı sahəsində dərinliyi təqribən 30 metr olan su quyusuna düşən iti xilas etmək istəyərkən özü də quyuya düşərək təhlükəli vəziyyətdə qalıb.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə V.İsmayılovu və iti quyudan çıxararaq xilas ediblər.

Xəbər lenti