IMG-LOGO

Avrasiya İqtisadi İttifaqının növbəti iclası 2026-cı ilin martında Şımkənddə keçiriləcək

11.12.2025 22:44 2 baxış
IMG

Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası və "Digital Forum" 2026-cı ilin 26–27 mart tarixlərində Şımkənddə keçiriləcək.

"Report" Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu Aİİ Hökumətlərarası Şurasının iclasında Qazaxıstanın Baş naziri Oljas Bektenov bəyan edib.

Onun sözlərinə görə, 2026-cı ildə Aİİ orqanlarında sədrliyi Qazaxıstana keçir. Bektenov vurğulayıb ki, ölkə qarşıdakı missiyaya tam məsuliyyətlə yanaşır, Avrasiya İqtisadi İttifaqının möhkəmləndirilməsi və inkişafı üçün bütün səyləri göstərəcək.

Xəbər lenti