IMG-LOGO

Futzal üzrə Yüksək Liqa: "Araz-Naxçıvan" liderə qalib gəlib

11.12.2025 23:03 2 baxış
IMG

Futzal üzrə Yüksək Liqada X turun oyunları keçirilib.

"Report" xəbər verir ki, günün ilk matçında U-19 "Lənkəran" kollektivini 8:5 hesabı ilə üstələyib.

Ardınca turun mərkəzi görüşündə ölkə çempionu "Araz-Naxçıvan" "Neftçi" İK komandasına 5:4 hesabı ilə qalib gəlib.

Günün son qarşılaşmasında "Baku Fire" "Şuşa"dan güclü olub - 6:2.

Xal durumu: "Neftçi" İK – 25, "Araz-Naxçıvan" – 22, "Baku Fire" – 20, "Şuşa" – 12, U-19 – 6, Lənkəran – 0.

Xəbər lenti