IMG-LOGO

Meksika Azərbaycana hərbi attaşe təyin edib

11 Dec 2025 17:40 46 baxış
IMG

Meksika Azərbaycana hərbi attaşe təyin edib.

Meksikanın Bakıdakı səfirliyindən "Report"a verilən məlumata görə, bu vəzifəyə Marko Covanni Leyva Kontreras təyin olunub.

"Biz Hərbi Hava Qüvvələrinin polkovniki, Baş Qərargahın pilotu Marko Covanni Leyva Kontrerası iqamətgahı Ankarada yerləşən Meksikanın Azərbaycandakı hərbi attaşesi kimi salamlamaqdan məmnunuq. Bu təyinat Azərbaycan və Meksika arasındakı əlaqələri gücləndirəcək", - diplomatik nümayəndəlikdən qeyd ediblər.

Xəbər lenti