IMG-LOGO

Prezidentliyə namizəd idi, terrora görə həbs olundu

11 Dec 2025 12:43 22 baxış
IMG
Prezidentliyə namizəd idi, terrora görə həbs olundu 0 0

Kalmıkiyalı iş adamı, vaxtilə respublika rəhbəri postuna namizəd olmuş şəxs terror fəaliyyətində iştirakda şübhəli bilinərək Moskvada həbs edilib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 58 yaşlı Eduard Baltikova ittiham elan edilib. O, əvvəllər klassik güləş üzrə beşqat çempion, bankir və broker olub.

Son illər isə brokerlik edib və sığorta şirkətlərində çalışıb. Dünən Moskvanın Basman rayon məhkəməsi ona qarşı Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi üzrə həbs-qətimkan tədbirini sanksiyalaşdırıb.

Hadisələr prezidentliyə namizəd terror fəaliyyəti

Xəbər lenti