IMG-LOGO

Zaqatalada itən kişi Balakəndə tapıldı - YENİLƏNİB

11.12.2025 02:09 3 baxış
IMG
Zaqatalada itən kişi Balakəndə tapıldı - YENİLƏNİB 2 0

Zaqatalada itkin düşən kişi tapılıb. 

Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Akif Mehdiyev Balakən rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib. 

***

Saat 20:54

Zaqatalada 39 yaşlı kişi itkin düşüb. 

Lent.az xəbər verir ki, Zaqatala şəhər sakini, 1986-cı il təvəllüdlü Akif Fərhad oğlu Mehdiyev dekabrın 8-i axşam saatlarında yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb. 

Yaxınlarının dediyinə görə, əqli zəifliyi olan Akif evdən gedən zaman əynində qara palto, boz şalvar və əlində paltarları olan idman çantası  olub. 

A. Mehdiyevin itkin düşməsi barədə yaxınları Zaqatala rayon Polis Şöbəsinə  müraciət ediblər. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, həmin şəxsin itkin düşməsi ilə bağlı ərazi üzrə polis orqanına məlumat daxil olub. 

Hazırda onun tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

zaqatala

Xəbər lenti