Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda üçüncü qol vurulub.
Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 47-ci dəqiqəsində Mateus Silva komandamızı önə keçirib - 2:1.
***
Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda ikinci qol vurulub.
Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 39-cu dəqiqəsində rəqibin heyətində Kasper Dolberq diqqət mərkəzinə düşüb.
Hazırda hesab bərabərdir - 1:1.
*** Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda hesab açılıb.
Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 10-cu dəqiqəsində komandamızın heyətində Kamilo Duran fərqlənib - 1:0.
*** Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyun başlayıb.
Lent.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.
Qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edir.
qarabağ ayaks canlı