IMG-LOGO

Azərbaycanda 5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib

10.12.2025 21:45 3 baxış
IMG

Azərbaycanda 5 avtobus marşrutu üzrə keçirilən müsabiqələrin qalibləri müəyyənləşib.

Bu barədə "Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, Ağcabədi-Mingəçevir, Tərtər-Gəncə, Gəncə-Qazax, Qazax-Gəncə şəhərlərarası və Bakıda 49 nömrəli şəhərdaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Belə ki, Ağcabədi-Mingəçevir marşrutu üzrə fiziki şəxs Bayramov Bayram İbrahim oğlu, Tərtər-Gəncə marşrutu üzrə fiziki şəxs Nağıyev Azər Kamal oğlu, Gəncə-Qazax marşrutları üzrə fiziki şəxs Həsənov Vüsal Famil oğlu, Qazax-Gəncə marşrutları üzrə hüquqi şəxs "Ağstafa Avtonəqliyyat " ASC və fiziki şəxs Cəfərov Samir Vaqif oğlu, 49 nömrəli şəhərdaxili (metronun "28 May" stansiyası-68 nömrəli məktəb) marşrut üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunublar.

Xəbər lenti