IMG-LOGO

Azərbaycan Biznesinin İnkişafı Fondunun nizamnamə fondu 1,2 milyard manata yaxın olacaq

10.12.2025 21:51 3 baxış
IMG

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin nizamnamə kapitalı 1 milyard 180 milyon 929 min 648 manat müəyyənləşdirilib.

"Report" xəbər verir ki, bu, yeni kommersiya qurumunun Nizamnaməsində öz əksini tapıb.

Fondun nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 1 milyard 180 milyon 929 min 648 ədəd adi səhmdən ibarətdir.

Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Onların saxlanılmasını və idarə olunmasını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Xəbər lenti