IMG-LOGO

Livanın XİN rəhbəri Tehrana səfər etməkdən imtina edib

10.12.2025 19:22 2 baxış
IMG

Livanın xarici işlər naziri Yusef Raci İrana səfər dəvətini rədd etdiyini deyib.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Livanın dövlət informasiya agentliyi "NNA" məlumat yayıb.

O bildirib ki, İranla danışıqların neytral ölkələrdən birində qarşılıqlı razılaşma əsasında keçirməyi təklif edib.

Yusef Raci təfərrüatları dəqiqləşdirmədən İrana səfər etməmə səbəbinin "cari vəziyyəti" olduğunu deyib. O, həmçinin qeyd edib ki, bu addım İranla dialoqun olmayacağı mənasını vermir.

Xatırladaq ki, ötən həftə İranın XİN rəhbəri Abbas Əraqçi livanlı həmkarı Yusef Racini yaxın gələcəkdə Tehrana ikitərəfli münasibətləri müzakirə etmək üçün dəvət edib.

Xəbər lenti