"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxıb.
"Report"un məlumatına görə, Bakıda "Ayaks"ın (Niderland) müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələn Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv 0:8 hesabı ilə uduzub.
Əsas mərhələnin VI turunun matçı "Azərsun Arena"da keçirilib.
Qeyd edək ki, əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan U-19 turnir cədvəlinin 35-ci pilləsində qərarlaşıb.