Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Saipem S.p.A." şirkəti arasında ölkəmizdə icra edilən layihələr üzrə potensial əməkdaşlıq imkanları müzakirə olunub.
"Report" SOCAR-a istinadən xəbər verir ki, bu müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəf "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşdə aparılıb.
Görüşdə SOCAR ilə "Saipem S.p.A." şirkəti arasında əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Eyni zamanda görüş çərçivəsində qarşılıqlı tərəfdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək növbəti addımlar barədə fikir mübadiləsi aparılıb.

